Qavinin rekordu qırıldı
Lamin Yamal İspaniya millisinin tarixində qol vuran ən gənc futbolçu olub.
Komanda.az xəbər verir ki, “Barselona”nın yarımmüdafiəçisi AÇ-2024-ün seçmə mərhələsində Gürcüstanla matçın (7:1) 74-cü dəqiqəsində fərqlənib.
Yamal bunu 16 yaş 57 günlüyündə bacarıb. O, 17 yaş 304 günlüyündə millidə qol vuran “Barselona”dakı komanda yoldaşı Qavinin rekordunu qırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin