İsko: Ya o gedəcək, ya da mən

“Real”ın futbolçusu İsko yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi oyun praktikasının az olması səbəbindən komandadan ayrılmaq istəyir. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

Santyaqo Solarinin baş məşqçi təyin olunmasından sonra əsasən ehtiyat oyunçular skamyasında əyləşən İskonun, Solarinin klubdan gedəcəyi təqdirdə, “Real”da qala biləcəyi bildirilir.

İskoyla “Mançester Siti” və “Yuventus” yaxından maraqlanır.

26 yaşlı yarımmüdafiəçi cari mövsümdə La Liqada 14 qarşılaşmada iştirak edib. Onun “Real”la 2022-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button