“Mbappe üç il əvvələ nisbətən bir addım geridədir”

İrlandiyalı keçmiş futbolçu Toni Kaskarino Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappe haqda fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kaskarino, Mbappenin inkişaf baxımından hər il gerilədiyini deyib:

“2018-ci ildə dünya çempionatının qalibi olan Mbappe daha fərqli, enerjili idi. Onda dünyanın ən yaxşı hücumçusu idi. İndi isə həmin təsiri göstərə bilmir.

Bəzən inanılmaz işlər görür, meydanda nə qədər yaxşı olduğunu göstərir. Ancaq artıq bunu tez-tez edə bilmir. 22 yaşındadır və bunları tez-tez etməli, meydanda sözünü deməlidir. Mbappe üç il əvvələ nisbətən bir addım geridədir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button