İrasabal “Sabah”ın qızlardan ibarət U-13 komandası ilə görüşdü

“Sabah”ın müdafiəçisi Con İrasabal “Sabah” Futbol Akademiyasının qızlardan ibarət U-13 komandası ilə görüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı futbolçu komandanın üzvləri ilə görüşdə onlara öz məsləhətlərini verib, azyaşlı futbolçular üçün maraqlı olan sualları cavablandırıb. Daha sonra U-13 komandasına hədiyyələr təqdim edilib.

“Sabah”ın qızlardan ibarət U-13 komandası bu mövsümdə ilk dəfə çempionatda iştirak edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button