İranın tanınmış cüdoçusu Azərbaycan millisinə cəlb edilir

İranlı cüdoçu Səid Mollayi (81 kq) milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib.

ACF-dən Komanda.az-a verilən məlumata görə, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb. Cüdoçu, həmçinin, müvafiq tibbi müayinələrdən keçirilib.

Hazırda federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirir. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılır.

Əslən Azərbaycandan olan Səid Mollayi 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button