“Old Trafford”da uğurlu çıxış bizim üçün çox vacib olacaq” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte Premyer Liqanın 12-ci turunda “Mançester Yunayted”lə keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı məşqçi oyunun vacibliyindən danışıb:

“Old Trafford”da uğurlu çıxış bizim üçün çox vacib olacaq. Ötən mövsüm burada uduzduq, bu dəfə daha yaxşı oyun göstərməliyik. Ötən mövsümlə müqayisədə irəlilədiyimizi sübut etmək istəyirik. Futbolçularımızın yaxşı oyun göstərmək və azarkeşlərimizi sevindirmək arzusu var”.

“Tottenhem” “Mançester Yunayted”lə bu gün qarşılaşacaq. Qarşılaşma saat 23:15-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button