“İnter”in təklifini qəbul edib – Danimarka klubunun futbolçusu
“İnter” Danimarka klubu “AGF Aarhus”un müdafiəçisi Yannik Bisseki transfer etməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu Milan təmsilçisinin təklifini qəbul edib. “İnter”in Bissekin keçidi üçün təxminən 7 milyon avro ödəyəcəyi gözlənilir.
Bissek 2022/23 mövsümündə Danimarka təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, beş qol vurub və üç məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin