“İnter”in futbolçusunda koronavirus aşkarlandı
İtaliyanın “İnter” klubunun müdafiəçisi Danilo D’Ambrozio koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə COVİD-19 testi pozitiv çıxmış 32 yaşlı müdafiəçinin ev şəraitində karantinə alındığı diqqətə çatdırılıb.
Danilo D’Ambrozio 2014-cü ildən “İnter”in uğurları üçün çalışır. Ölkəsinin millisində də oynamış italyan futbolçu bu mövsüm A Seriyasında 14 oyuna çıxıb, 3 qola imza atıb. Onun komandası isə 27 oyuna topladığı 65 xalla zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin