“İnter”in futbolçusu 1 ay yaşıl meydanlardan kənarda qalacaq
İtaliyanın “İnter” klubunun futbolçusu Nikolo Barella bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçinin sağ ayağında əzələ dartılıb.
Oyunçu A Seriyasında “Udineze” və “Torino” ilə matçlarda komandasına kömək edə bilməyəcək. O, Çempionlar Liqasında Serbiyanın “Srvena Zvezda” klubu ilə görüşdə də meydana çıxmayacaq.
Barella 2020-ci ildən “İnter”in formasını geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin