“İnter”in baş məşqçisi olmaq möhtəşəmdir” – Konte
UEFA Avropa Liqasının final matçında “Sevilya”ya 2:3 hesabı ilə məğlub olan “İnter”in baş məşqçisi Antonio Konte oyundan sonra açıqlama verib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, turnirin finalındakı məğlubiyyəti belə şərh edib:
“İkinci hissədə də qol fürsətlərimiz vardı, amma Romelu Lukaku şanssız oldu. “Sevilya”nın turnirdəki təcrübəsinin həlledici olduğunu düşünürəm. Futbolçularımız çox çalışdı, inkişaf etdi, Avropa Liqasının finalına çatdılar. Bir çoxu üçün bu, ilk təcrübələri idi.
Çox çətin mövsüm keçirdik. Mövcud vəziyyəti qəbul etməli və “İnter” üçün ən doğru qərarı verməliyik. Bir neçə günlük istirahətdən sonra mövsümü təhlil edəcəyik. Mən olsam da, olmasam da, “İnter”in gələcəyini planlaşdırmalıyıq. “İnter”in baş məşqçisi olmaq möhtəşəmdir. Bu təcrübəni yaşamağıma icazə verən hər kəsə təşəkkür edirəm”.
Bizi Facebook-da izləyin