“İnter”in keçmiş futbolçusu vəfat etdi
İtaliyanın “İnter” klubunun əfsanəvi futbolçusu Mario Korso vəfat edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Sabiq futbolçu bu gün, 78 yaşında ölüb.
1957-73-cü illərdə “neradzurra”da çıxış edən mərhum italiyalı futbolçu, komandanın heyətində ümumilikdə 509 oyun keçirmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin