“İnter”in əfsanəsi olacağıma ümid edirəm” – Martines
“İnter”in hücumçusu Lautaro Martines “Bayern” və PSJ-nin onunla maraqlanması haqda xəbərlərə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu “İnter”də xoşbəxt olduğunu deyib:
“Beş ildir ki, buradayam, “İnter”də xoşbəxtəm. Mən həqiqətən də, “İnter”in əfsanəsi olacağıma ümid edirəm. Bir il əvvəl klubla yeni müqavilə imzalamışam və bütün diqqətimi yalnız “İnter”ə yönəltmişəm”.
Martines 2018-ci ildə “İnter”ə keçib. 25 yaşlı futbolçu bu mövsüm A Seriyasında 11 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin