“Barselona” bizim fikrimizi bilir” – “İnter” rəsmisi

“İnter”dən “Barselona”nın transfer hədəfində olan futbolçusu Lautaro Martineslə bağlı açıqlama verilib.

Komanda.az “Sky İtalia”ya istinadən xəbər verir ki, “İnter”in idman direktoru Piero Ausilio, Martinesin mümkün ayrılığı haqqında danışıb:

“Martinesin “İnter”dən ayrılmasının bir yolu var, o da onun təzminat məbləğini ödəməkdir. O, klub üçün vacib futbolçudur və “İnter”lə hələ üç illik müqaviləsi var. “İnter” vacib futbolçularını satmayacaq.

Bir çox klub Martines üçün bizimlə əlaqə saxlayıb. Bu klublar arasında yaxşı münasibətdə olduğumuz “Barselona” da var. “Barselona” bizim fikrimizi bilir. “İnter”in Martinesi satmaq üçün bir şərti var, o da təzminatla bağlıdır”.

Martinesin klubla müqaviləsində təzminat məbləği 111 milyon avro olaraq müəyyənləşdirilib. Futbolçunu transfer etmək istəyən klublar iyulun ortalarınadək bu məbləği ödəməklə, Martinesin keçidini həll edə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button