“İnter”də yeni müqavilə

İtaliyanın “İnter” klubu hücumçusu Lautaro Martineslə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Argentinalı futbolçunun sözləşməsinin müddəti 2026-cı ilin iyununadək uzadılıb. 24 yaşlı forvardın Milan təmsilçisi ilə əvvəlki sözləşməsi 2023-cü ilin yayında başa çatmalı idi.

Lautaro Martines “İnter”ə 2018-ci ilin yayında ölkəsinin “Rasinq” klubundan keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button