“Barselona”nın istədiyi futbolçuya yeni müqavilə təklifi
“İnter” “Barselona”nın transfer etmək istədiyi Lautaro Martinesə yeni müqavilə təklif edəcək.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “neradzurra”nın 22 yaşlı futbolçuya təklif edəcəyi müqavilə də hazırdır. Yeni müqaviləyə görə, klub Martinesin məvacibini artıracaq. Futbolçu yeni müqaviləyə imza atsa, illik 5 milyon avro qazanacaq.
Martinesin klubla hazırkı müqaviləsi 2023-cü ildə başa çatır. Onun transfer dəyəri 111 milyon avro olaraq qiymətləndirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin