“İnter” onun üçün 60 milyonundan keçməyə hazırdır
İtaliya “İnter”i Avropanın bir sıra klublarının da diqqət mərkəzində olan “Lill”in futbolçusu Nikolya Pepeni transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, “İnter”in 23 yaşlı hücumçu üçün 60 milyon avro ödəməyə hazır olduğu bildirilib.
Pepe ilə “İnter”lə yanaşı, “Bavariya”, “Barselona”, “Arsenal” və PSJ kimi klublar da yaxından maraqlanır. “Lill”in prezidenti Jorje Lopes Pepenin yayda klubu tərk edəcəyini açıqlayıb.
Pepe bu mövsüm Liqa 1-də iştirak etdiyi 32 oyunda 19 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin