“İnter”də daha iki ayrılıq

Milan “İnter”i daha iki futbolçusu ilə vidalaşıb.

Komanda.az xəbər verir ki, İtaliya klubu argentinalı yarımmüdafiəçi Valentin Karbonini “Montsa”ya icarəyə verib.

18 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq.

“İnter”in digər gənc yarımmüdafiəçisi Tibo Persin isə Niderlandın “Eyndhoven” klubuna transfer olunub. Belçikadan olan 21 yaşlı futbolçu Eyndhovenin eyniadlı təmsilçisi ilə 2 illik müqavilə bağlayıb. O, ötən mövsümü də icarə əsasında məhz bu komandada keçirmişdi.

Karboni “İnter”in əsas komandasında 6 oyun keçirib. Persin isə daha çox başqa klublarda icarədə olub və belə fürsət qazanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button