“İnter” yetirməsini geri qaytardı – 38 yaşında
İtaliya çempionu “İnter” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi “Krotone”nin qapıçısı Aleks Kordazı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 38 yaşlı qolkiperlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “İnter”in yetirməsi olan Kordaz bu klubun əsas komandasında cəmi bir oyuna çıxıb. O, sonralar “Spetsiya”, “Açireale”, “Treviso”, “Pizzigettone”, “Luqano”, “Çittadella”, “Parma”, “Qoritsa” kimi klubların da formasını geyinib. Təcrübəli qolkiper 2015-ci ildən “Krotone”də çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin