“İnter”lə danışmağa getdi – Çalhanoğlunun agenti

Türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu tezliklə “İnter”lə yeni müqavilə imzalaya bilər. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi futbolçuya uzunmüddətli müqavilə təklif etmək niyyətindədir və onun agenti artıq danışıqlar üçün şəhərə səfər edib.

28 yaşlı Çalhanoğlu 2021-ci ildə azad agent kimi “İnter”ə keçib və klubla 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. 

Türkiyəli yarımmüdafiəçi cari mövsümdə İtaliya çempionatı və Çempionlar Liqasının 11 matçında 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button