“İnter” onun ürəyinin komandasıdır”
“İnter”in hücumçusu Lautaro Martinesin agenti Alexandro Kamanyo futbolçunun İtaliya çempionatındakı oyununu şərh edib.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Kamanyo, argentinalı futbolçunun DÇ-2022-nin qalibi olmasından sonra daha da həvəslə mübarizə apardığını bildirib:
“İnter” onun ürəyinin komandasıdır, o, bu formada hər şeyi qazanmaq istəyir. Dünya kubokunu qazanması onda əlavə qələbə həvəsi yaratdı. O, yaxşıdır, çempionata hazırdır, skudettonu qazanacaqlarına inanır”.
“İnter” İtaliya çempionatında dördüncü yerdədir və lider “Napoli”dən 10 xal geri qalır.
25 yaşlı Martines bu mövsüm 18 oyuna çıxıb, 9 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin