
“İnter” 35 yaşlı futbolçu ilə “nikah təzələyir”
“İnter” klubu futbolçusu Samir Handanoviçin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi 35 yaşlı qapıçı ilə yeni – 1 illik sözləşmə imzalayacaq. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
2012-ci ildən “İnter”də çıxış edən Handanoviçin hazırkı müqaviləsi 2021-ci ilin yayına qədərdir. Sloveniyalı qapıçı bu mövsüm A Seriyasında 5 oyun keçirib və 1 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin