“İnter” bunu 13 il sonra bacardı
İtaliyanın “İnter” klubu UEFA Çempionlar Liqasında 13 ildən sonra ilk dəfə ardıcıl 3 ev matçında qələbə qazanıb.
Komanda.az xəbər verir ki, Milan təmsilçisi buna 1/8 final mərhələsində Portuqaliyanın “Portu” komandasına doğma meydanda 1:0 hesabıyla qalib gəlməklə nail olub.
Sözügedən kollektiv qrup mərhələsində İspaniyanın “Barselona” (1:0) və Çexiyanın “Viktoriya” (4:0) komandalarına da öz meydanında qalib gəlmişdi.
Milanlılar sonuncu dəfə ÇL-i qazandıqları 2009/2010 mövsümündə ardıcıl 4 ev qələbəsinə sevinmişdilər.
Yeri gəlmişkən, “İnter” ÇL-in son 16 pley-off qarşılaşmasında heç-heçə etməyib. Komanda sonuncu dəfə 2009-cu ildə İngiltərə təmsilçisi “Mançester Yunayted”lə bərabərə qalıb – 0:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin