“İnter” başqa səviyyədədir” – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo A Seriyasının 25-ci turunda “Verona” ilə matçdakı heç-heçəni (2:2) şərh edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu DAZN-a açıqlamasında komandasının ikincilik uğrunda mübarizə aparmalı olduğunu bildirib:

“Əlbəttə, biz daha çoxunu etməliydik. Amma son vaxtlar xeyli xal itirmişik. Əvvəllər qol buraxmadığımız vaxtlarda mövcud olan birliyimizi yenidən kəşf etməliyik. Hazırda realist olmalıyıq, “İnter” başqa səviyyədədir və ikinci yeri saxlamaq üçün mübarizə aparmalıyıq”.

“İnter” 63 xalla liderdir, “Yuventus” isə 54 xalla ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button