“İnter” azarkeşləri ilə polis arasında insident yaşanıb
İtaliya çempionatının 23-cü turunun “Yuventus”la oyunundan sonra “İnter” azarkeşləri polisə hücum ediblər.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “San Siro” stadionu yaxınlığında azarkeşlər polisə yaxın məsafəli əldəqayırma partlayıcı qurğularla (kağıza bükülmüş barıt) hücum ediblər. Nəticədə, polis maşınlarından birinə ziyan dəyib. Azarkeşlər həmçinin “Yuventus” azarkeşlərini daşıyan avtobusun altına fişənglər atıblar.
Nəticədə, İtaliya polisi 50-yə yaxın “İnter” azarkeşini saxlayıb.
“İnter” “Yuventus”la matçda 1:0 hesablı qələbə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin