“İnsanlarda narahatlıq var” – “Səbail”in qapıçısı
“Səbail”in qapıçısı Nikolas Hagen Azərbaycandakı vəziyyətlə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan qvatemalalı futbolçu, Ermənistan və Azərbaycan arasında davam edən döyüşlərlə bağlı ölkədə yaranan situasiya barədə fikirlərini bildirib:
“Özümü yaxşı hiss edirəm, döyüş bölgəsindən uzaqdayam. Ümid edirik ki, hər şey stabilləşər. İnsanlarda narahatlıq var. Mənə hər şeyin qaydasına düşəcəyi ilə bağlı təminat veriblər. Ölkədə futbol oyunları davam edir. Müntəzəm məşq etməyi və meydana çıxmağı hədəfləyirəm”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin