“Qələbə qazandıq, amma…” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi İspaniya La Liqasının 8-ci turu çərçivəsində “Selta” üzərində qazanılan qələbəni (1:0) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı məşqçi ikinci hissənin çətin keçdiyini deyib:
“İnkişaf etməliyik. Birinci hissəni yaxşı keçirdik, ikinci qolu vursaq, matçı elə orda bitirə bilərdik. İkinci hissə çətin keçdi, yüksək təzyiq bizə yaxşı təsir göstərmədi. Bu, futbolçuların yorğunluğu və çox məşq etmələri ilə bağlıdır. Qələbə qazandıq, amma hələ inkişaf etdirməli olduğumuz çox şey var”.
“Barselona” 8 turdan sonra La Liqada 22 xalla zirvədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin