“Vulverhempton”un baş məşqçisi Renat Dadaşovdan danışdı
İngiltərənin “Vulverhempton” klubunun 23 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz futbolçusu Renat Dadaşov haqda fikirlərini bildirib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kollinz, “Liverpul”un U-23 komandasıyla oyunda qol vuran Dadaşovla bağlı bunları deyib:
“Gəldiyindən bəri mənimlə yaxşı rəftar etdi. İnanılmaz ürəyi və idarəetmə bacarığı var. Onun oyunu üzərində işləmək üçün az vaxt sərf edirik. Sanki bir Roy Roversdir. O, nəyisə özü etməyi sevir.
Düşünürəm ki, “Liverpul”la qarşılaşmada o, işini gördü və komandamızın hücum xəttini yaxşı tərəfdən göstərdi. Qol vurması da yaxşı haldır, komandamıza kömək etdi.
Bunun üzərində işləməli və daha çox fərqlənməlidir. Görüləsi işi çoxdur və çalışmağa hazırdır. O səhər yuxudan oyananda işlədiyin vaxt sənə hər şeyi verməyə hazır olan oyunçulardan biridir”.
Azərbaycan millisinin üzvü olan Renat Dadaşov “Vulverhempton” U-23 – “Liverpul” U-23 matçında (2:2) 1 qol vurub.
Bizi Facebook-da izləyin