“Tottenhem” “Liverpul”la oyuna onsuz çıxacaq

İngiltərənin “Tottenhem” klubu Premyer Liqanın 13-cü turu çərçivəsində “Liverpul”a qarşı keçirəcəyi səfər matçına ciddi itkiylə çıxacaq.

Komanda.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Qaret Beyl “Liverpul”la oyunu buraxacaq. Bu barədə komandanın baş məşqçisi Joze Mourinyo yerli mətbuata açıqlamasında deyib. O, Beylin hələ tam formada olmadığını və “Liverpul”la oyunda iştirak etməyəcəyini bildirib.

Bu gün keçiriləcək “Liverpul” – “Tottenhem” matçı saat 00:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button