“Çelsi” onunla vidalaşmaq istəyir
İngiltərənin “Çelsi” klubu futbolçusu Andreas Kristensenlə yollarını ayıracaq.
Komanda.az xəbər verir ki, “zadəganlar” danimarkalı müdafiəçiylə yeni müqavilə danışıqları aparmır. Bu barədə “goal.com” saytı məlumat yayıb.
Kristensen “Çelsi”də qalmaq istəsə də, rəhbərlik onunla yollarını ayırmaq niyyətindədir.
Kristensenin “Çelsi” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin