Braziliyalı futbolçunun atası ilə görüşdülər – “Arsenal” rəsmiləri
İngiltərənin “Arsenal” klubu “Flamenqo”nun futbolçusu Reynierini transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, London təmsilçisinin rəsmiləri 17 yaşlı yarımmüdafiəçinin atası ilə görüşüb. Bu barədə “El Mundo Deportivo” nəşri məlumat yayıb. Xəbərdə, “Arsenal”ın nümayəndələrinin Londonda Reynierinin atası ilə görüşdüyü və futbolçunun mümkün keçidinin müzakirə edildiyi bildirilir.
Reynieri bu il “Flamenqo”nun əsas komandasında debüt edib. Braziliya A Seriyasında 13 oyuna çıxan yarımmüdafiəçi 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Reynieri 17 yaşadək futbolçulardan ibarət Braziliya millisində çıxdığı 10 oyunda 4 dəfə fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin