İngiltərə – Slovakiya matçının ən yaxşısı bəlli oldu
Almaniyada təşkil olunan Avropa çempionarının 1/8 final mərhələsi çərçivəsində baş tutan İngiltərə – Slovakiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşılşamanın ən yaxşısı adına İngiltərə millisinin futbolçusu Cud Bellingem layiq görülüb.
Bellingem İngiltərə – Slovakiya matçının 90+5-ci dəqiqəsində komandasının bərabərlik qoluna imza atıb. Əlavə dəqiqələrdədə isə İngiltərə komandası ikinci qolu vuraraq 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin