“Liverpul” azarkeşlərinə şad xəbər
İngiltərə Premyer Liqasının sonuncu – 38-ci turu çərçivəsində keçiriləcək “Liverpul” – “Kristal Pelas” matçına azarkeşlər buraxılacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Liverpul”un mətbuat xidməti məlumat yayıb. Xəbərdə, mayın 23-də keçiriləcək mövsümün son ev oyununa 10 min azarkeşin buraxılacağı bildirilib.
“Liverpul” Premyer Liqada 34 turdan sonra 54 xalla 7-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin