Premyer Liqada dəyişiklik

İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib.

Komanda.az xəbər verir ki, dəyişikliyə əsasən, yeni mövsümdən komandaların xalları eyni olsa, turnir cədvəlindəki mövqelərin müəyyən edilməsində şəxsi oyunlardakı nəticələr nəzərə alınacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Əvvəl İngiltərə Premyer Liqasında klubların xalları bərabər olduqda, komandalar arasındakı top fərqi əsas götürülürdü.

2011/12 mövsümündə “Mançester Siti” ilə “Mançester Yunayted”in xalları bərabər olsa da, “Mançester Siti” top fərqinə görə 1-ci yerə yüksəlmiş və çempion olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button