Premyer Liqada qalmaqal: Futbolçu cinsi istismara görə saxlanıldı
İngiltərə Premyer Liqasında çıxış edən futbolçulardan biri polis tərəfindən saxlanılıb.
Komanda.az xəbər verir ki, adı açıqlanmayan 31 yaşlı oyunçu uşaqlara cinsi istismarda ittiham olunur. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məsələdən sonra “Everton” klubu əsas komandanın üzvlərindən birini məşqlərdən kənarlaşdırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada, məsələ ilə bağlı araşdırmalar bitənə qədər adı açıqlanmayan futbolçunun heyətdən kənarda qalacağı bildirilib. Lakin bu futbolçunun seksual zəmində saxlanılan oyunçu olub-olmamağı ilə bağlı açıqlama verilmir.
Polis tərəfindən saxlanılan futbolçu isə araşdırmalar yekunlaşana qədər girov müqabilində azadlığa buraxılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin