“Liverpul”un oyunu təxirə salındı – koronavirusa görə
İngiltərə Premyer Liqasında 19-cu turun iki oyunu təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə yarışın mətbuat xidməti məlumat yayıb.
Dekabrın 26-da keçirilməli olan “Liverpul” – “Lids” və “Vulverhempton” – “Uotford” matçları təxirə salınıb. Buna səbəb “Lids”in və “Uotford”un heyətində koronavirusa kütləvi yoluxma qeydə alınması olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin