İngiltərə klubunun Ançelotti planı

Karlo Ançelotti “Çelsi”nin baş məşqçi postuna qayıda bilər.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis “Real”dan ayrılacağı təqdirdə, London klubunun rəhbərliyi tərəfindən yeni baş məşqçi kimi namizədliyi nəzərdən keçirilir.

ESPN-in Ançelottiyə yaxın mənbələrə istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis “kral klubu”nda təzyiq altında olduğunu və bu mövsüm Çempionlar Liqasını qazanmasa, “kreslo”sunun laxlayacağını etiraf edir.

Ançelotti 2009-2011-ci illərdə “Çelsi”ni çalışdırıb. Onun rəhbərliyi altında klub üç kubok – Premyer Liqa, İngiltərə kuboku və ölkə superkubokunu qazanıb.

İtaliyalı məşqçi 2021-ci ildən “Real”ı çalışdırır.

“Çelsi” bir müddət əvvəl Qrem Potteri istefaya göndərib və Frank Lempardı müvəqqəti olaraq baş məşqçi təyin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button