“Mançester Yunayted”də “üsyan” – oynamaq istəmir
İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Antonio Marsial Premyer Liqada “Aston Villa”ya qarşı keçirilən matçda iştirak etməyib.
Komanda.az xəbər verir ki, fransalı hücumçu özü “qırmızı şeytanlar”la oynamaq istəmir. Bu barədə komandanın baş məşqçisi Ralf Ranqnik yerli mətbuata açıqlamasında deyib. O, Marsialın komanda ilə birlikdə olmaq istəmədiyini söyləyib:
“Əslində, onun adını iştirak ərizəsinə salacaqdım. Lakin bizimlə Birmingem səfərinə getmək istəmədi”.
“Aston Villa” – “Mançester Yunayted” matçı 2:2 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin