“Mançester Siti”nin “radar”ındakı hücumçu

İngiltərənin “Mançester Siti” klubu Braziliya təmsilçisi “İnternasional”da çıxış edən Yuri Alberto ilə maraqlanır.

Komanda.az xəbər verir ki, “şəhərlilər” 2022-ci ilin yayında 20 yaşlı hücumçunu heyətinə qatmaq üçün çalışacaq. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Albertonun meneceri “Mançester Siti”nin müştərisiylə maraqlandığını açıqlayıb.

Bu mövsüm “İnternasional”la 49 oyunda 18 qol vuran Albertonun “transfermarkt”da dəyəri 6 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button