Onlar Kloppa inanırlar
İngiltərənin “Liverpul” klubunun rəhbərliyi komandanın baş məşqçisi Yurgen Kloppa inanır.
Komanda.az xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb. Xəbərdə, klubun səhmlərinin sahibi “Fenway Sports Group” şirkətinin təmsilçilərinin Kloppa inanclarının tam olduğu bildirilib. Onlar alman mütəxəssisin komandanı bu çətin vəziyyətdən çıxaracağına inanırlar.
“Liverpul” Premyer Liqada 8-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin