İngiltərə klubunda yeni baş məşqçi
İngiltərənin “Birmingem” klubunda baş məşqçi təyinatı gerçəkləşib.
Komanda.az xəbər verir ki, Çempionşip təmsilçisinin “sükan”ı Li Boyerə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Boyer baş məşqçi postunda sabiq “Real”lı Aytor Karankanı əvəzləyib.
“Birmingem” Çempionşipdə 24 komanda arasında 21-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin