İngiltərə yığması 1/4 finalda
Avropa çempionatında 1/8 final mərhələsi davam edir.
Komanda.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.
Əvvəlcə İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Oyunda hesabı Slovakiya açıb və matçın son saniyələrinə qədər 1:0 öndə olub. İngiltərə millisi 90+5-ci dəqiqədə vurduğu qolla məğlubiyyətdən qaçıb və görüşdə əlavə vaxt oynanılıb. İngiltərə millisi əlavə vaxtda daha bir qol vuraraq 2:1 hesablı qələbə qazanıb və 1/4 finala yüksəlib.
İngiltərə yığması 1/4 finalda İsveçrə ilə üz-üzə gələcək.
AÇ-2024
1/8 final
29 iyun
İngiltərə – Slovakiya 2:1
Qollar: Cud Bellingem, 90+5. Harri Keyn, 91 – İvan Şrants, 25.
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Gelzenkirxen. “Veltins Arena”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin