Premyer Liqa matçından sonra 3 azarkeş həbs olundu

İngiltərə Premyer Liqasının 8-ci turu çərçivəsində keçirilən “Mançester Siti” – “Bernli” matçından sonra 3 azarkeş saxlanılıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb. “Mançester Siti”nin 2 azarkeşi homofob şüarlar səsləndirdiyi üçün polis tərəfindən həbs olunub. Bundan başqa, ictimai asayişi pozmaqda və polis işçilərinə hücum etməkdə ittiham olunan bir fanat da saxlanılıb.

İngiltərədə oyunlar zamanı irqçiliyə və təhqirə yola verənlər haqda ciddi tədbirlər görülür.

“Mançester Siti” – “Bernli” matçı 2:0 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button