Rüsvayçı məğlubiyyətə görə məvaciblərindən imtina etdilər
İngiltərə Premyer Liqasının 10-cu turunda “Lester”ə 0:9 hesabıyla uduzan “Sauthempton”un məşqçilər korpusu və oyunçuları məvaciblərinin bir hissəsindən imtina ediblər.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, komanda üzvlərinin Steplevud düşərgəsində keçirilən sosial layihələrdə iştirak etdiyi bildirilib.
Bundan əlavə, komandanın məşqçilər heyəti və oyunçularının məvaciblərinin müəyyən məbləğini xeyriyyə fonduna bağışlayacaqları bildirilib. Pulların bağışlandığı “Saints” fondu ildə 12000 gəncə dəstək olur.
“Sauthempton” İngiltərə Liqa kubokunda sabah “Mançester Siti” ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin