Premyer Liqadan rekord müqavilə

İngiltərə Premyer Liqası yeni yayım müqaviləsi bağlayıb.

Komanda.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, “Sky Sports” və “TNT Sports” telekanalları ilə bağlanan müqavilənin maddi dəyəri 6,7 milyard funt sterlinqlik (7,8 milyard avro) təşkil edir.

Bildirilir ki, müqavilə dörd ili (2025-2029) əhatə edir. Premyer Liqa oyunlarının əksəriyyətini – mövsümdə 215 oyunu göstərmək hüququnu “Sky Sports” əldə edib. “TNT Sports” isə yalnız şənbə günü, günorta vaxtı keçirilən matçların yayım hüququnu özündə saxlayıb. Bu formatda yayımçı hər mövsüm 52 görüş nümayiş etdirə biləcək.

İngiltərə Premyer Liqası indiki müqavilənin şərtlərindən razı qalıb. Əvvəlki müqavilə ilə müqayisədə indiki dəyərini dörd faiz artıra bilib. Məlumata görə, hazırda heç bir Avropa futbol liqası belə qazanc əldə etməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button