İngiltərə nəhəngi 342 milyon avro xərcləyəcək – Təmirə görə
“Mançester Siti” “Etihad” stadionunun təmiri üçün 300 milyon funt-sterlinq (342 milyon avro) xərcləyəcək.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, arenanın yenidən qurulması 7,7 min yerlik artırılması planlaşdırılan şimal tribunasına təsir edəcək. Stadionun ümumi tutumu 61 000 yerlik olacaq.
Bundan əlavə, “Mançester Siti” arenaya bitişik ərazidə yeni otel, azarkeşlər üçün ictimai yer, klub mağazası və muzey tikməyi planlaşdırır. Ümumi investisiya 1 milyard funt-sterlinqə çata bilər.
Hazırda “Mançester Siti” rəhbərliyi tikintiyə icazə almaq üçün şəhər rəhbərliyi ilə danışıqlar aparır. Səlahiyyətlilər tərəfindən razılıq verilərsə, tikinti işlərinə noyabr ayında başlana bilər.
“Etihad” stadionu 2002-ci ildə açılıb. Arena 53,4 min tamaşaçı tutumuna malikdir. Bu, İngiltərə Premyer Liqasında dördüncü, Böyük Britaniyada isə səkkizinci ən böyük stadiondur.
Bizi Facebook-da izləyin