Sautqeytə “Cəngavər” titulu verildi

İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeytə rəsmi olaraq “Cəngavər” (şövalye) titulu verilib.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, bu ali ada layiq görülən dördüncü ingiltərəli baş məşqçidir. Ondan əvvəl bu şərəfə Uolter Vinterbottom, Alf Remzi və Bobbi Robson nail olmuşdu.

Sautqeyt 2016-cı ildən etibarən İngiltərə yığmasına rəhbərlik edib. Komanda onun rəhbərliyi altında iki Avropa çempionatında gümüş medal qazanıb və 2018-ci il dünya çempionatında dördüncü yeri tutub.

İngiltərəli mütəxəssis millidəki fəaliyyətini 2024-cü il Avropa çempionatının finalından sonra başa vurub. Həmin oyunda İngiltərə millisi İspaniya yığmasına uduzaraq, titulu əldən verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button