İngiltərə millisində yeni rekordçu!
“Tottenhem”in hücumçusu Harri Keyn İngiltərə millisinin yeni rekordçusuna çevrilib.
Komanda.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsinin ilk turunda İtaliya yığmasının qapısına yol tapmaqla buna nail olub.
Bununla da, Keyn millidə vurduğu qolların sayını 54-ə çatdırıb və ən yaxşı bombardirə çevrilib. Bundan əvvəlki rekord Ueyn Runiyə məxsus idi – 53 qol.
29 yaşlı Keyn 2015-ci ildən formasını geyindiyi İngiltərə yığmasında 81 matç keçirib.
İtaliya ilə oyun İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt üçün də əlamətdar olub. O, milliyə ən azı 50 qələbə qazandırmağı bacaran üçüncü baş məşqçiyə çevrilib. Daha öncə bunu Uolter Uinterbottom və Alf Ramsey bacarmışdı.
İtaliya yığmasında da 29 il sonra bir ilk qeydə alınıb. Belə ki, bu komanda uzun fasilədən sonra ilk dəfə heyətində “Yuventus”un futbolçularından heç kimin olmadığı bir oyun keçirib. Sözügedən komanda sonuncu dəfə “Yuventus”un futbolçularının yer almadığı oyunu AÇ-1994-ün seçmə mərhələsində Estoniyaya qarşı keçirib və səfərdə 2:0 hesablı qələbəyə sevinib.
Bizi Facebook-da izləyin