
Klyuvert İngiltərə klubuna keçir
2022/23 mövsümünü icarə əsasında “Valensiya”da keçirən “Roma”nın forvardı Castin Klyuvert iş yerini dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu “Bornmut” 24 yaşlı futbolçunu transfer etməkdə iddialıdır. Danışıqlar artıq son mərhələdədir.
Klyuvert 2022/23 mövsümündə İspaniya klubunun heyətində bütün turnirlər daxil olmaqla 29 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin