İngiltərə klubu Almaniya millisinin hücumçusunu “qaralayıb”

“Vest Hem” Almaniya millisinin forvardını almaq istəyir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, söhbət İngiltərə klubunun baş məşqçisi Xulen Lopeteqinin bəyəndiyi “Borussiya”dan Niklas Fulkruqdan gedir.

“Vest Hem” almaniyalı hücumçu ilə ötən yay maraqlansa da, sonradan o, Dortmund “Borussiya”sına keçmək qərarına gəlmişdi.

31 yaşlı futbolçu Bundesliqanın son mövsümündə 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. O, Almaniya millisinin heyətində AÇ-2024-də iştirak edib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button