“Liverpul”un keçmiş futbolçusu yetirməsi olduğu kluba qayıtdı

İngiltərənin “Liverpul” klubunun sabiq futbolçusu Lazar Markoviçin yeni iş yeri bəlli olub.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “Partizan” klubuna keçib. Bu barədə Serbiya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Markoviç yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

“Partizan”ın yetirməsi olan Markoviç 2014-cü ildə “Benfika”dan “Liverpul”a keçib. İngiltərə təmsilçisində uğursuzluq yaşayan yarımmüdafiəçi 2019-cu ilin yanvarında “Fulhem”ə transfer olunmuşdu. 22 dəfə də Serbiya millisinin formasını geyinən Markoviç, iyulun 1-dən azad agent idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button